bazar 12 oktyabr 2025 - 14:58
Yeni nəsil yeni tərbiyə tələb edir.

Hövzə / Bu gün biz 2000-ci illərdə doğulan nəslin artıq yeniyetməlik dövrünə qədəm qoyduğu bir mərhələdəyik. Onların tərbiyə olunma üsuluna yönələn diqqət cəmiyyətin gələcəyini müəyyənləşdirə bilər.

Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, son illərdə daim yeni nəsillərin, xüsusilə də 2000-ci illərdə doğulan nəslin fərqliliklərinə və onlarla qarşılıqlı münasibətdə fərqli yanaşma zərurətinə diqqət çəkilib. Lakin bu gün artıq həmin nəslin yeniyetməlik dövrünə qədəm qoyduğu bir mərhələdəyik və onların tərbiyəsinə yönələn diqqət cəmiyyətin gələcəyini müəyyənləşdirən mühüm amillərdən biri kimi ön plana çıxır.

Bu nəsil texnologiyanın, sürətin və ardıcıl dəyişikliklərin içində formalaşmışdır. Onlar sosial şəbəkələr və süni intellekt əsaslı çatbotlar vasitəsilə müxtəlif mövzularla tanış olur, informasiya əldə edirlər. Buna görə də bu nəslin tərbiyəsi daha çevik, yaradıcı və müasir baxış tələb edir.

Bu istiqamətdə mədəni və ailə sahəsində fəaliyyət göstərən mütəxəssislərlə söhbətlər aparılıb ki, 2000-ci il nəslinin tərbiyə xüsusiyyətlərini və onlara münasibətdə fərqli yanaşmaları daha dərindən anlamaq mümkün olsun.

Ailə tədqiqatçısı Zeynəb Rəhimi Talarpoşti Hövzə Xəbər Agentliyinə  verdiyi müsahibədə bildirib ki, 2000-ci illər nəslindən olan övladlara ana və ata olmaq yalnız fərqli bir yanaşma deyil, həm də yeni bacarıqlar, biliklər və ünsiyyət tərzi tələb edir. Müxtəlif nəsillərdən övladlara sahib olan valideynlər bu fərqi daha aydın şəkildə dərk edirlər.

O, sözlərinə belə davam edib:
İmam Əli (ə) Nəhcül-Bəlağənin 175-ci hikmətində buyurur:

:«لَا تُکْرِهُوا أَوْلادَکُمْ عَلَی آدَابِکُمْ فَإِنَّهُمْ مَخْلُوقُونَ لِزَمَانٍ غَیْرِ زَمَانِکُمْ

 “Övladlarınızı öz adət-ənənələrinizə məcbur etməyin, çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar.”

Bu hikmət nəsillər arasındakı fərqin İslam maarifində də vurğulandığını göstərir. Elə bu baxımdan da yeni tərbiyə yanaşmasının zəruriliyi özünü açıq şəkildə büruzə verir.

Ailə üzrə tədqiqatçı qeyd edib ki, yeni nəsil bir sıra özünəməxsus xüsusiyyətlərlə seçilir:
– yüksək idrak qabiliyyəti və intellekt,
– açıqfikirlilik və cəsarət,
– geniş informasiya axınına asan çıxış imkanı,
– davranış və gələcək təsəvvürlərini məhz bu informasiyaya əsasən formalaşdırmaq,
– məsuliyyət daşımaq və məsuliyyətliliklərini sübut etmək meyli,
– maraq göstərmədikləri məsələlərə qarşı müqavimət,
– və ənənəvi qayda-qanunlara bağlılığın nisbətən zəif olması.

Bu xüsusiyyətlər göstərir ki, nəsillərarası fərqləri nəzərə alan çevik, empatik və yaradıcı tərbiyə modeli müasir dövrün ən vacib zərurətlərindən biridir.

Zeynəb Rəhimi Talarpoşti əlavə edib ki, məlumatın daim yenilənməsi, media savadlılığı, bu nəslin düşüncə tərzi, maraq dairəsi və psixoloji məkanı ilə tanışlıq, möhkəm iradə ilə yanaşı qarşılıqlı anlaşma bacarığı, İslami İranlının həyat tərzinin qorunması, eləcə də məhkum etmədən fəal dinləyici olmaq bacarığı bütün bunlar valideynlərin yeni nəslin tərbiyəsi üçün mənimsəməli olduğu əsas keyfiyyətlərdəndir.

Çatbotlar və virtual aləm dövründə nəsil tərbiyəsi

Zəhra Mehrcuyi isə söhbətə davam edərək bildirib ki, son illərin nəsilləri əvvəlki dövrlərin nəsillərindən tamamilə fərqlənirlər. Rəqəmsal dünyanın insan həyatına geniş nüfuzu və süni intellektin gündəlik həyata daxil olması, yaşayış tərzini köklü şəkildə dəyişmişdir.

O qeyd edib ki, bu nəslə daha səmərəli münasibət qurmaq üçün əvvəlcə dəyişən şəraiti qəbul etmək, daha da önəmlisi, özümüzü onların vəziyyətində təsəvvür etmək lazımdır. Yalnız bu halda onların emosiyalarını anlamaq, davranışlarını, danışıq tərzlərini və bəzi emosional soyuqluqlarını fəlakət kimi deyil, zamanın təzahürü kimi dəyərləndirmək mümkün olar.

Valideynlik və mənəvi tərbiyə

Universitet müəllimi, belə vurğulayıb: “2000-ci illər nəslindən olan uşaqlar və yeniyetmələr üçün yaxşı ana olmaq, sadəcə bilik və bacarıqlara sahib olmaqla bitmir. İnsan öncə özünü tərbiyə etməlidir. Əgər müəyyən bir keyfiyyətə malik deyilsənsə, onu başqalarından da tələb edə bilməzsən. Əgər mən səbirli və bağışlayan bir insan deyiləmsə, başqalarından da eyni davranışı gözləməyim məntiqsiz olar.

O, əlavə edib ki, mənəvi diqqət və ilahi kömək ailə idarəçiliyinin ayrılmaz hissəsidir: Əgər Allah-Təalanın və Əhli-Beytin (ə) köməyi olmasa, insan təkbaşına ailənin bütün tərəflərini idarə edə bilməz, istənilən qədər müasir metodlardan istifadə etsə belə.

Yeni nəslin qız övladlarının tərbiyəsi

Mədəni fəaliyyətlə məşğul olan ekspert vurğulayıb ki, qız övladları ilə davamlı, həm keyfiyyət, həm də kəmiyyət baxımından səmimi ünsiyyət qurmaq, onlarda özünəinam, özünüqəbul və özünəetibar hissini gücləndirmək, xüsusilə ataların qızları ilə münasibətində əsas tərbiyəvi zərurətdir.

O, əlavə edib: Qızlar yer üzünün mələkləridir. Bu, hansı nəslə mənsub olduqlarından asılı deyil. Onlar fitrətən saf və təmizdirlər. Buna görə də valideynlərin əsas vəzifəsi bu saflığı və təbii təravəti qorumaq üçün uyğun şərait yaratmaqdır. Öz dəyərini bilən qız, əsla yanlış davranışlarla özünü kiçiltməz və əgər özünə inam qazanıbsa, dəyərlərindən asanlıqla vaz keçməz.


Beləliklə, məqalədə vurğulandığı kimi, 2000-ci illər nəslinin tərbiyəsi yalnız yeni texnoloji şəraitə uyğunlaşma deyil, həm də mənəvi dəyərlərin, fərdi təmkinin və emosional anlayışın balanslı şəkildə qorunmasını tələb edir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha